Aeroportda taksi gözləyənlərin diqqətinə
05.09.2023 [12:47]
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ziyarətçilərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə hava limanının ərazisində yalnız rəsmi taksilərdən istifadə etməyi tövsiyə edir. Bu haqda AZƏRTAC-a AZAL-ın mətbuat katibi Nərmin Xəlilova bildirib. Məlumata görə, lisenziyasız taksi xidmətlərindən istifadə qiymətlərin şişirdilməsi, aşağı xidmət keyfiyyəti, hətta dələduzluq və ya oğurluq kimi arzuolunmaz hallara gətirib çıxara bilər.