Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranda badam yığımına başlanılıb

05.09.2023 [17:23]

Xəbərin mətni

Şabranın badam bağlarından məhsul yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 100-130 ton arası məhsul yığılması gözlənilir.
Badam ağaclarının böyüməsi, həm də keyfiyyətli aqrotexniki qulluq nəticəsində bu il məhsuldarlıq daha da artıb. Ağaclar tam məhsula düşəndən sonra hər hektardan 6-10 ton badam yığmaq mümkündür.
Təsərrüfatçı Ariz Ağamalıyev bildirib ki, bu ildən badam məhsulunu toplamaq üçün yeni texnologiya tətbiq ediblər.