Metropolitendə yenilik - Telefonla ödəniş edəcəyik
06.09.2023 [14:21]
Xəbərin mətni
Bu gündən etibarən Bakı metropolitenində mobil telefonlar vasitəsi ilə ödəniş etmək mümkün olacaq. Bakı metropolitenində pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır. Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartı ilə yanaşı “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.