Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Beynəlxalq Aeroportu “Georgian Wings” aviaşirkətinin ilk reysini qəbul edib

06.09.2023 [18:24]

Xəbərin mətni

Sentyabrın 6-da “Georgian Wings” aviaşirkətinin Tbilisi-Bakı marşrutu üzrə ilk reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Gürcüstan aviadaşıyıcısının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb. Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.georgianwings.com rəsmi saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.