CƏMİYYƏT


Kəmaləddin Heydərov mina problemindən danışdı

Hazırda 30 ilə yaxın işğal altında saxlanılmış və külli miqdarda piyada, tank əleyhinə olan minalarla çirklənmiş ərazilərimizin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müasir minatəmizləyən və hərbi sursatların aşkar edilməsi və zərərləşdirilməsi sistemləri cəlb olunmaqla təmizlənməsi prosesi davam etməkdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.