CƏMİYYƏT


Metroda “BakıKart” ləğv ediləcək?

Ötən gün Bakı Metropoliteninin iki stansiyada pilot layihənin tətbiqinə başlaması sərnişinlər arasında anlaşılmazlığa səbəb olub. Belə ki, insanlar yeni ödəniş növündən sonra “Bakı Kartın” ləğv ediləcəyindən narahatdır. Məsələylə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirdi ki, bu pilot layihədir və “Bakı Kart”dan istifadəyə heç bir məhdudiyyət yaratmayacaq. Cəmiyyət arasında “BakıKart”ın ləğv edilməsinə dair yayılan şayiələr həqiqəti əks etdirmir.