CƏMİYYƏT


Kart fırıldaqçılarına qarşı böyük kampaniya hazırlanır

Mərkəzi Bank Azərbaycan Banklar Asossiasiyası ilə birlikdə insanları aldadaraq bank kartlarına edilən fırıldaqçılığa qarşı böyük bir kampaniya üzərində işlər aparırlar. Kampaniyanın məqsədi bu cür hallara qarşı əhalinin maarifləndirməsidir. Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın Mili Ödəniş Sistemləri və Nəzarət şöbəsinin rəisi Ramil Mahmudov deyib. Onun sözlərinə görə, bir çox hallarda müəyyən fırıldaqçılığın baş verməsi insanların məlumatsızlığından irəli gəlir.