CƏMİYYƏT


Əli Yerlikaya: Türkiyə çətin günlərində etdiyiniz yardımları heç vaxt unutmayacaq

Türkiyə çətin günlərində etdiyiniz yardımları heç vaxt unutmayacaq. Türkiyə zəlzələ zamanı böyük fəlakət yaşadı. Zəlzələ zamanı 14 milyondan çox insanımız zərər gördü, 50 mindən çox vətəndaşımız zəlzələdə həyatını itirdi. Bu bizim üçün çox böyük acı idi. Türkiyədə zəlzələnin baş verdiyi ilk gün biz beynəlxalq yardım istədik. Bir çox ölkələr müraciətimizə cavab verdi. Türk dünyası dövlətləri şəxsi heyətləri və humanitar yardımları ilə ilk gələn ölkələr idi. Türk qardaşlarımız çətin günlərimizdə bizi tək buraxmadı. Göndərdiyiniz heyətlərin yardımı nəticəsində bir çox vətəndaşımız xilas edildi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasında Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerlikaya deyib.