AZƏRTAC-ın əməkdaşının hazırladığı videomaterial “ZOOM” Beynəlxalq müsabiqəsinin qalibi oldu
09.09.2023 [18:16]
Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri müsabiqəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşının reportajı 1-ci yerə layiq görülüb. Müsabiqəyə Azərbaycandan 30 videomaterial göndərilib. Qarabağ haqqında göndərilən reportajlara xüsusi diqqət yetirilib və nominasiyalarda Qarabağın şəhərləri ilə bağlı mükafatlara da yer verilib.