Zaqatalada bal süzümü başa çatıb
10.09.2023 [09:55]
Zaqatalada arıçılıq peşəsinə maraq ildən ilə artmaqdadır. Təsadüfi deyil ki, hazırda rayonda arıçılıqla irili-xırdalı 1400 nəfərdən çox insan məşğul olur. Arı ailəlırinin sayı isə son beş ildə artaraq 40 minə çatıb. Builki mövsüm havaların qeyri-sabit keçməsi arıçılıq üçün çətin bir il olsa da zaqatalalı arıçılar indidən qışa hazırlaşır. Məqsəd arı ailələrini qarşıdan gələn xəstəlik və sərt qışdan sağlam çıxartmaqdır.