CƏMİYYƏT


Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onsəkkizmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.