CƏMİYYƏT


DYP küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə, eləcə də bütün hərəkət iştirakçılarına müraciət edib.
AZƏRTAC xəbər verir ki, İdarədən verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə hərəkət iştirakçılarına müraciət edilərək, onlardan yola çıxarkən ehtiyatlı olmaq, yol hərəkəti qaydalarına ciddi formada riayət etmək xahiş olunur.