CƏMİYYƏT
Binəqədidə obyektdə yanğın olub
10.09.2023 [13:52]
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xəndan küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ikimərtəbəli mansarda tipli iaşə obyektinin mansardasında baş verdiyi və genişlənərək obyektin digər hissələri və bitişik obyektlərə yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
28.09.2023 [23:01]
28.09.2023 [22:18]
28.09.2023 [15:15]
19.09.2023 [19:39]
16.09.2023 [18:46]
16.09.2023 [17:33]
23.09.2023 [10:23]
22.09.2023 [13:25]
18.09.2023 [15:12]
27.09.2023 [16:39]
27.09.2023 [15:57]
27.09.2023 [15:29]
27.09.2023 [15:14]
13.09.2023 [12:42]