Qubada ağır yol qəzasında 2 nəfər həyatını itirib
10.09.2023 [23:43]
Xəbərin mətni
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba- Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Üç minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.