CƏMİYYƏT


Birinci Qarabağ müharibəsində itkin düşmüş Əli Hüseynovun nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb

Otuz il əvvəl Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Aşağı Yağlıvənd kəndində torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.