Bakı Metropoliteni: Sentyabrın 15-dən mümkün ən optimal hərəkət qrafiki tətbiq ediləcək
12.09.2023 [14:18]
Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı Metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropolitenin hərəkət xidmətinin rəisi Elxan Məmmədov bildirib.
O qeyd edib ki, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq.