İQTİSADİYYAT


Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi tikilir

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidi inşa edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,8 metr təşkil edən keçid üstü qapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.