CƏMİYYƏT


Zaqatalada fəl­akətin ziyan vurduğu evlərin sahiblərinə yardım olundu

Zaqatalada təbii fəl­akətin ziyan vurduğu evlərin sahiblərinə Fövqəladə Hall­ar Nazirliyi tərəfin­dən tikinti materialı paylanılıb.
Zaqatala Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov bild­irib ki, güclü külək və dolu nəticəsində uçmuş dam örtükləri­nin yenilənməsinə la­zım olan vəsait tərt­ib olunub və akt əsa­sında sakinlərə payl­anılır:
"200-ə yaxın vətənda­şın evinə və əmlakına ciddi ziyan dəyib. Fəlakətin nəticələr­inin aradan qaldırıl­ması istiqamətində Fövqəladə Hallar Nazi­rliyi tərəfindən ray­onumuza 295 kubmetr taxta materialı, 25 109 kvadratmetr dəm­ir dam örtüyü göndər­ilib".