CƏMİYYƏT


Türkiyəli nazir: Ölkələrimiz arasında ticarət investisiyaları artacaq

“Bu gün biz Türk Dövlətləri Təşkilatının irəli sürdüyü vizyon və ortaya qoyduğu alternativlərlə güclü potensiala malik olduğunu bir daha təsdiq etdik. Prezidentlərimizin qoyduğu bu strukturun əsaslarını ticarət və iqtisadiyyat sahəsində yeni layihələrlə möhkəmləndirmək və təşkilatımızı bu sahələrdə XXI əsrin aparıcı təşkilatlarından birinə çevirmək üçün işimizi davam etdirmək qərarına gəldik”. Bu sözləri İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısında çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat deyib. Türkiyəli nazir bundan sonra əməkdaşlıqların daha da yüksək səviyyədə davam etdiriləcəyini bildirib.
Xatırladaq ki, toplantıda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev təmsil edib.