ELM VƏ TƏHSİL


Salyan rayonunun Şorsulu kəndində yeni məktəb binası istifadəyə verilib

Salyan rayonunun Şorsulu kəndində bir əsrə yaxın yaşı olan Namiq İbrahimov adına təhsil ocağı üçün Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin açılış tədbirində Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar.