CƏMİYYƏT


Zaqatalada güclü yağış fəsadlar törətdi

Gecə saatlarında Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti höküm sürüb. Güclü leysan yağıb. Əsasən Zaqatala rayonundakı kəndlərdə sel basmalar müşahidə olunur.
Zaqatala rayon Fövqəladə Hallar Komissiyasından verilən ilkin məlumata əsasən leysan yağışları səbəbindən rayon ərazisində 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, keçid körpülər yararsız hala düşüb. Sel-sular əsasən rayonun Yolayrıc kəndində sakinlərin həyətlərini və evlərin birinci mərtəbəsinə ziyan vurub.