CƏMİYYƏT


2030-cu ilədək pestisidlərdən istifadənin hazırkı həcminin üçdə iki nisbətində azaldılması nəzərdə tutulub

Müasir dünyanın aktual məsələlərindən biri aclığa və yoxsulluğa son qoymaqdır. Bu isə yalnız inkişaf etmiş müasir kənd təsərrüfatı yanaşmaları ilə mümkün ola bilər.
Davamlı üzvi çirkləndiricilər isə ətraf mühit və insan sağlamlığı üçün kimyəvi çirkləndiricilər kimi bütün dünyada ciddi problemlər yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda regional seminarda çıxışı zamanı deyib.