Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astarada Pensərçay çayı daşıb, bir neçə kəndlə əlaqə kəsilib

18.09.2023 [14:48]

Astarada Pensərçay çayı daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.
AZƏRTAC- ın bölgə müxbiri xəbər verir ki, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.
Bir neçə kənddə körpüləri sel aparıb, gediş - gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.
Hazırda bölgədə intensiv yağış davam edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI