CƏMİYYƏT


Avropa Amerikan Mətbuat Klubunun üzvləri Azərbaycanın antiterror tədbirləri barədə məlumatlandırılıb

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Avropa Amerikan Mətbuat Klubunun (European American Press Club) təşkilatçılığı ilə səfir Leyla Abdullayevanın jurnalistlərlə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa Amerika Mətbuat Klubunun həmsədri Kristian Malardın moderatorluğu ilə keçirilən görüşün əvvəlində səfir Leyla Abdullayeva Azərbaycanın müxtəlif dövrlərdəki xəritələrini, xüsusilə də 1918-ci ildə Paris Sülh Konfransında təsdiqlənmiş xəritəsini təqdim edərək, Azərbaycanın multietnik, multikultural ölkə olduğunu bildirib. Mənşəyindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu vurğulayıb.