CƏMİYYƏT


Onlar Ordumuzun keçirdiyi antiterror tədbirindən qürurlu və sevinclidirlər

Xəbər verildiyi kimi sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri keçirilib.  
Həyata keçirilən antterror əməliyyatları 24 saat davam edib və qarşı tərəf növbəti dəfə ağ bayraq qaldırıb və Azərbaycanın haqlı tələbləri ilə razılaşıb. Bu qürurverici və sevindirici hadisə bütün ölkədə olduğu kimi bölgələrdə xüsusən müxtəlif xalqların əsrlərdir birgə yaşadığı Zaqatalada da böyük sevinc hissilə qarşılanıb. Rayon sakinləri öz istək və arzularını bizimlə bölüşür.