SİYASƏT


Qısa zamanda Qarabağda baş verənlər

19 sentyabr saat 13.22-ni göstərir. Müdafiə Nazirliyi xəbər verir.  Azərbaycan silahlı qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı.  Artıq Azərbaycan tərəfinin səbr kasası doldu.  Lokal antiterror tədbirlərinin başlaması üçün bir çox səbəblər olsa da, elə həmin gün sübh tezdən 7 nəfərin mina qurbanı olması bunu daha da sürətləndirdi. Bu dəfə də Azərbaycan tərəfi humanist davrandı. Ermənistandan fərqli olaraq Azərbaycan dinc əhalini və mülki obyektləri hədəfə almadı. Müdafiə Nazirliyi dəfələrlə açıqlama verdi və bildirdi ki, mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.