SİYASƏT


Yevlax görüşünün davamı necə olacaq?

Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi lokal antiterror tədbirlərində Ermənistan maraqlı münasibət nümayiş etdirdi. Ermənistan sülh müqaviləsinin imzalanmasında qondarma rejimin status məsələsindən istifadə edirdi. Lakin bu dəfə siyasi səriştə göstərdilər. Milli Məclisin deputatı Arzu Nağıyev deyir ki, bu, sülh müqaviləsinin imzalanmasına gedən yolda bir irəliləyiş ola bilər. Azərbaycan hər zaman bütün dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi ilə çıxış edib. Siyasi ekspert Əhməd Abbasbəyli deyir ki, bu gün müzakirə olunan məsələlər də Cənubi Qafqaz Respublikasının hər 3 tərəfinin marağında olmalıdır.