SİYASƏT


Sülhməramlılar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına təsir göstərəcək

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib:
“Sülhməramlı qüvvələr Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına təsir göstərəcək. Onlar məsələnin tez bir zamanda həllinə dəstək verəcək. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla da müzakirələri davam etdiririk. Bu vəziyyət sabitləşməyə keçəcəkdir”.