SİYASƏT


Nazir: Antiterror tədbirləri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirib

Antiterror tədbirləri Ermənistanın üçtərəfli Bəyanata əsasən, Azərbaycan əleyhinə bütün hərbi fəaliyyətlərin dayandırılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən qüvvələrini çıxarmaq barədə götürdüyü öhdəliklərin əksinə olaraq saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.