Yevlax görüşünün müzakirə mövzuları
22.09.2023 [12:52]
Sergey Martirosyan və David Melkumyan. Bu erməniəsilli şəxslər Azərbaycanın Yevlax şəhərinə gəldilər. Ancaq bu dəfə onlar nəyəsə iddia etməyə və ya tələb etməyə yox, xahiş etməyə və Azərbaycanın tələblərinə qulaq asıb, əməl etməyə gəlmişdilər. Görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov idi. Bağlı qapılar arxasında keçirilən görüşün əsas mövzusu regionda sülhün bərqərar olması məsələsi oldu.