“Bakı Təşəbbüs Qrupu” tərəfindən BMT-də müstəmləkəçilik problemi qaldırılıb
22.09.2023 [18:09]
Xəbərin mətni
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qərargahında “Dekolonizasiya: Sakit inqilab” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bakı Təşəbbüs Qrupu” tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması olub.