SİYASƏT


Rusiya sülhməramlıları Bakıdan Qarabağ erməniləri üçün göndərilən humanitar yardımları yerli əhaliyə paylayıblar

Rusiya sülhməramlıları Bakıdan Qarabağ erməniləri üçün göndərilən humanitar yardımları yerli əhaliyə paylayıblar. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, sentyabrın 20-də Qarabağ icmasının erməni nümayəndləri Azərbaycan rəsmi nümayəndə heyəti ilə görüşündə ərzaq yardımın ehtiyac olduğunu açıqlamışdı. Azərbaycan hökuməti tərəfindən Qarabağda yaşayan ermənilər üçün göndərilən 20 tonluq humanitar yardım artıq ünvanına çatıb.