CƏMİYYƏT


“Təbriklər, siz pul uduşu qazandız” - Belə mesajların qarşısını necə almaq olar?

Son zamanlar ölkəmizdə bir çox insanların mobil telefonlarına “WhatsApp” mobil tətbiqi vasitəsilə “Microsoft” şirkətinin adından böyük məbləğdə pul hədiyyə qazandıqları barədə mesajlar gəlir. Mesajın sonunda isə hədiyyəni əldə etmək üçün link yerləşdirilir və həmin linklərə daxil olmaları tələb olunur. İnformasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyevin sözlərinə görə belə mesajların məqsədləri hamısında eyni olmur və əksər hallarda bu növ internet fırıldaqçılığını ölkə xaricindən edirlər.