CƏMİYYƏT
Albert Aqarunovun vurduğu tank Bakıda
23.09.2023 [14:17]
Birinci Qarabağ müharibəsində ermənilərin Şuşaya girdiyi tank Hərbi Qənimətlər Parkında.
1992-ci ildə Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin Şuşa şəhərinin girişində “özlərinin qələbə rəmzi” kimi qoyduqları tank demontaj edilib.
Bu, işğalçı qüvvələrin Şuşa şəhərinə hücumu vaxtı şəhərə girməyə çalışan birinci tank olub.
Həmin 442 nömrəli tankı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov vurub.
Birinci Qarabağ müharibəsindən sonra Şuşaya doğru irəliləyən bu yanmış tank bərpa olunaraq “abidə” kimi şəhərin girişində qoyulmuşdu. İndi isə həmin tank Hərbi Qənimətlər Parkındadır.
29.11.2023 [14:27]
27.11.2023 [15:16]
24.11.2023 [21:52]
24.11.2023 [21:47]
28.11.2023 [15:49]
27.11.2023 [19:33]
16.11.2023 [13:57]
27.11.2023 [11:21]
29.11.2023 [10:28]
28.11.2023 [17:17]
28.11.2023 [17:02]
02.11.2023 [17:33]
02.11.2023 [16:51]