Azərbaycan Dövlət İnformasiya Agentliyi

DYP-dan saxta cərimə ödənişi səhifələri ilə bağlı müraciət

25.09.2023 [12:57]

Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılıb. Onlardan biri də “asancerime.com” səhifəsidir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur. Vətəndaşlara belə səhifələrə etibar etməmək, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamaq tövsiyə edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI