Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ağdam rayonu ərazisində müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib

25.09.2023 [15:34]

Xəbərin mətni

Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi avadanlıqlar, xeyli sayda artilleriya mərmiləri, tank əleyhinə vasitələr, minaatanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.