FHN-in əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə yarışında iştirak ediblər
25.09.2023 [16:10]
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları sentyabrın 13-20-də Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakətlərin idarə olunması, fövqəladə hallar və humanitar yardım” təşəbbüsü çərçivəsində Qazaxıstan Respublikasının Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər.