CƏMİYYƏT


Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 kilometrlik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Artıq həmin yolun yenidən qurulan hissəsi sürücülərin istifadəsinə verilib.