Oğuzda narkotik satışına görə keçmiş məhkum saxlanılıb
26.09.2023 [18:08]
Xəbərin mətni
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Oğuz rayon sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaman Mabudov saxlanılıb.