SİYASƏT


AZƏRTAC 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin BİRİNCİSİDİR

Sentyabrın 26-da 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC-ın videoinformasiya baş redaksiyanın əməkdaşı İsgəndər Qəmbərov “İlin ən yaxşı xəbər görüntüsü” nominasiyası üzrə birinci yerə layiq görülüb.
“Cəbrayıl şəhərində lentə aldığım “30 il sonra Vətəninə dönən ana” sənədli filmi münsiflər heyəti tərəfindən birinci yerə layiq bilindi. Bu görüntülərdə ana 30 il sonra həm həsrətində olduğu doğma torpağına, evinə gəlməsi, həm də torpaq uğrunda canından keçən oğlunun şəhadətə ucaldığı yerə baş çəkməsi əks olunurdu”, - deyə İ.Qəmbərov bildirib.