CƏMİYYƏT


“Laçın” dövlət sərhədi buraxılış məntəqəsi bu DƏQİQƏLƏRDƏ

Qarabağda qalmaq istəməyən erməni əsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.

AZƏRTAC-ın bölgəyə ezam edilən müxbiri xəbər verir ki, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi gecə saatlarında da davam edib.
DSX-nin əməkdaşları tərəfindən bölgəni tərk edən ermənilərə su, peçenye, balaca uşaqlara isə şokaladlar paylanılıb.