SİYASƏT


Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə şəhidlərimizin məzarlarını ziyarət edib

Sentyabrın 27-də Anım Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.