CƏMİYYƏT


AZAL-ın pilotları Xarıbülbül çiçəyinin konturunu çəkiblər

AZAL-ın pilotları Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi - Xarıbülbül çiçəyinin konturunu çəkiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə AZAL-ın “X” sosial şəbəkəsindəki hesabında qeyd olunub.
Bu möhtəşəm təsvir “Azərbaycan Hava Yolları”nın “Laçın” adlı “Airbus A320neo” təyyarəsi ilə yaradılıb.