SİYASƏT


Budapeştdə Anım Günü ilə əlaqədar tədbir təşkil olunub

Azərbaycanın Macarıstandakı səfirliyində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Budapeşt şəhərində işgüzar səfərdə olan nümayəndələri, səfirliyin əməkdaşları, Macarıstandakı Azərbaycan Evinin rəhbərliyi, Azərbaycan diasporunun təmsilçiləri, paytaxtda yaşayan və təhsil alan azərbaycanlı və əcnəbi gənclər iştirak ediblər.