CƏMİYYƏT


Şəkidə üzərində “Kalaşnikov” gəzdirən, narkotik satışı ilə məşğul olan 16 nəfər saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən, eləcə də üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 16 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən tədbir zamanı üzərində avtomat silahı gəzdirməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Cavidan Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində silahı bir neçə il əvvəl tapdığını və müxtəlif yerlərdə gizlədərək üzərində gəzdirdiyini bildirib. Ekspertizanın da rəyinə əsasən C.Musayevdən götürülən sihah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib.