RƏSMİ


Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.
Qeyd olundu ki, yaşayış kompleksi iki sahəyə bölünüb və hər biri üçün özünəməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliliyini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib.