Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağda Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleks hərbi məqsədlər üçün istifadə olunub

29.09.2023 [14:35]

Xəbərin mətni

Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI