İQTİSADİYYAT


Son 10 ildə Azərbaycan kosmosa böyük yatırımlar edib

Elm, təhsil və innovasiyaların yolu ilə dayanıqlı inkişafa nail olmaq məqsədi ilə Bakıda BMT və Beynəlxalq Astronavtika Federasiyasının təşkilatçılığı ilə "İnkişaf etməkdə olan kosmik ölkələr üçün çağırışlar və potensial inkişaf imkanları" mövzusunda seminar keçirilir. Tədbirdə çıxış edən Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, Azərbaycan 2013-cü ildən kosmik ailəyə qoşulub və ölkəmiz son 10 ildə kosmosa böyük yatırımlar edib.