İQTİSADİYYAT


Rəqəmsal inkişaf və nəqliyyat naziri Çində işgüzar səfərdə olub

Sentyabrın 25-27-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasında işgüzar səfərdə olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Rəşad Nəbiyev “Huawei” şirkətinin rəhbərliyi ilə görüşüb, şirkətin Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub. Çinin süni intellekt sahəsində əldə etdiyi təcrübəni ölkəmizdə tətbiq etmək üçün “Huawei” ilə birgə Azərbaycanda Süni İntellekt (AI) laboratoriyasının yaradılması, o cümlədən şirkətin Bakıda “ağıllı” nəqliyyat sisteminin inkişafında iştirakı barədə ilkin razılıq əldə olunub.