Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Xankəndi yaxınlığındakı yanğınla bağlı axtarış-xilasetmə əməliyyatı yekunlaşıb, 48 nəfərin cəsədi çıxarılıb

29.09.2023 [18:05]

Xəbərin mətni

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) axtarış-xilasetmə əməliyyatını sona çatdırıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.